AZCON Holding və Çexiya arasında nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunub – FOTO

16

“AZCON Holding”in icraçı direktoru Şahin Babayev Çex Respublikasının nəqliyyat naziri İvan Bednarikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Denizxeber.az bildirir ki, görüş zamanı nəqliyyat infrastrukturunun inkişafı, Orta Dəhlizin imkanlarının genişləndirilməsi, eləcə də aviasiya, dəmir yolu nəqliyyatı və şəhər mobilliyi sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər, həmçinin nəqliyyat layihələrində birgə iştirak, investisiya imkanları və texnologiya mübadiləsi istiqamətində fikir mübadiləsi aparıblar.