Oktyabrın 12-18-də Dənizkənarı Milli Parkda Azərbaycanın özünəməxsus çay mədəniyyətini bütün zənginliyi ilə bir araya gətirən Çay Festivalı başlayıb.
Denizxeber.az bildirir ki, Azərbaycan qonaqpərvərliyinin ayrılmaz hissəsi olan çay mövzusu bu dəfə Bakı bulvarında yerli ləzzətləri və çay tradisiyasına aid ən müxtəlif elementləri təqdim edəcək. Festivalda ölkənin aparıcı çay istehsalçılarının məhsulları, bölgələrimizə xas şirniyyatlar və çay süfrəsinə aid traditional bəzək əşyaları nümayiş olunacaq. Tədbirdə həmçinin xarici ölkələrin nümayəndələri də öz çay mədəniyyətləri ilə iştirak edəcəklər.
Festivalın məqsədi milli çay ənənələrini tanıtmaq və yerli istehsalçıları dəstəkləməkdir. Tədbirə giriş sərbəstdir.





