Qara dənizdə iki yük gəmisinə hücum: bir gəmi batıb, dənizçilər xilas edilib

78

13 oktyabr 2026-cı il gecə saatlarında Qara dənizdə, Bolqarıstan sahillərindən 15 dəniz mili məsafədə iki yük gəmisi hücuma məruz qalıb.

Denizxeber.az bildirir ki, saat 1:30-da Ukraynaya məxsus və Malta bayrağı altında üzən “Çelsi 3” yük gəmisində qəza siqnalı çalınıb. Ekipaj gəmiyə üç hava dronunun dəydiyini bildirib. Türkiyənin Giresun şəhərindən Moldovanın Giurgiulesti limanına yük daşıyan gəminin göyərtəsindəki 15 dənizçinin hamısı (7 Ukrayna və 8 Azərbaycan vətəndaşı) Bolqarıstan Sərhəd Polisi tərəfindən xilas edilib. Yaralanan 5 nəfərə tibbi yardım göstərilib, 136 metrlik gəmi isə Varna limanına gətirilib.

Eyni saatlarda Krapets şəhərindən 27 kilometr aralıda Türkiyə şirkətinə məxsus, Sent-Kits və Nevis bayrağı altında üzən “Azov Concord” quru yük gəmisi də ikinci zərbəyə məruz qalaraq batıb. Bolqarıstanın Baş naziri Rumen Radevin Təhlükəsizlik Şurasının təcili iclasında bildirdiyinə görə, gəmidən hələlik bir heyət üzvü xilas edilib. Şabla burnunun şimal-şərqində Danimarkanın “Skandi Asserter” gəmisinin də cəlb olunduğu axtarış-xilasetmə əməliyyatları davam etdirilir.