İlham Əliyev: “Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb”

17

“Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb”.

Denizxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı hazırda əsas diqqətin yeni yük axınlarının cəlb edilməsinə və daşımaların həcminin artırılmasına yönəldildiyini vurğulayıb: “İndi daha çox yüklərin aşkar olunması, yeni ünvanlardan yüklərin səfərbər edilməsi və yüklərin həcminin artırılması ilə məşğuluq. Ümid edirəm ki, gələcəkdə hər iki tərəfdə reallaşan bütün bu layihələr başa çatandan sonra yükdaşımaların da həcmi artacaq”.