Dövlət Dəniz və Liman Agentliyində “Vahid Dənizçilik Pəncərəsi” sisteminin təkmilləşdirilməsi müzakirə olunub – FOTO

17

Dövlət Dəniz və Liman Agentliyində “Vahid Dənizçilik Pəncərəsi” sisteminin təkmilləşdirilməsi məqsədilə Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin (EMSA) eksperti, Monteneqronun Dəniz Administrasiyasının sədr müavini Nexhat Kapidani ilə görüş keçirilib.

Denizxeber.az bildirir ki, Agentliyin İdarə Heyətinin sədr müavini Eldar Məcidov sistemin təkmilləşdirilməsi ilə bağlı məsələlərin Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun 2-ci iclasında və Avropa Komissiyası (DG MOVE) ilə müzakirə edildiyini bildirib. O, EMSA tərəfindən Qara dəniz və Xəzər dənizi regionu ölkələri üçün həyata keçirilən “BCSEA II” layihəsi çərçivəsində göstərilən texniki dəstəyə görə təşəkkürünü ifadə edib. Görüşdə sistemin imkanları və iyunun 1-dən etibarən beynəlxalq səfərlər edən Azərbaycan bayraqlı gəmilərə də şamil olunması vurğulanıb.

Nexhat Kapidani dəstək çərçivəsində Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, FHN, dəniz limanları və gəmi agentliklərinin nümayəndələri ilə də geniş müzakirələr aparıb.