Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb

18

Bu ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 6 milyon 671,5 min ton təşkil edib.

Denizxeber.az bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 291,4 min ton və ya 4,2 % azdır.

Yüklərin 39,5 %-i neft yükləri olub.

9 ayda bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2025-ci ilin müvafiq dövrünə nisbətən 2 600 nəfər və ya 13,5 % artaraq 21,9 min nəfər olub.

Hesabat dövründə Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 183 milyon 72,9 min ton yük daşıyıb. Yüklərin 3,6 %-i dəniz yolu ilə daşınıb.

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda 1 milyard 771 milyon 305,6 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 156 milyon 793 min sərnişin və ya 9,7 % çoxdur.