2026-cı ilin 8 ayında Qazaxıstanın Azərbaycanla ticarət dövriyyəsi 282,9 milyon dollar təşkil edib

14

Qazaxıstanın Azərbaycanla ticarət dövriyyəsi 2026-cı ilin yanvar-avqust aylarında 282,9 milyon dollar təşkil edib.

Denizxeber.az Qazaxıstan Milli Statistika Bürosuna istinadla xəbər verir ki, bu ölkənin Azərbaycana ixracının həcmi 248,3 milyon dollara çatıb. Azərbaycan məhsullarının Qazaxıstana idxal həcmi isə 34,6 milyon dollar təşkil edib.

Qazaxıstanın ümumi xarici ticarət dövriyyəsinin 0,3 faizi Azərbaycanın payına düşüb. Ölkəmizin Qazaxıstan ixracında payı 0,4 faiz, idxalında isə 0,1 faiz təşkil edib.