Yunanıstan Egey dənizində yeni dəniz parkının yaradılması üçün addım atıb

13

Yunanıstan hökuməti Egey dənizinin cənub hissəsində yeni parkın yaradılması istiqamətində növbəti addım atıb.

Denizxeber.az bildirir ki, “Kathimerini” qəzetinin məlumatına görə, hökumət “Cənubi Egey-1” dəniz parkının yaradılmasını nəzərdə tutan fərmanın layihəsini ölkənin Dövlət Şurasına təqdim edib.

Təşəbbüs dəniz ekosistemlərinin qorunması, biomüxtəlifliyin mühafizəsi və təbii ehtiyatların davamlı idarəolunması məqsədi daşıyır.