Denizxeber.az bildirir ki, Zaur Nağıyev qurumun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
Zaur Nağıyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə İdarə Heyəti sədrinin müavini təyin olunub.
1982-ci il təvəllüdlü Z.Nağıyev Bakı Dövlət Universitetində hüquqşünaslıq, ADA Universiteti və Maastrixt İdarəçilik Məktəbinin birgə proqramında isə biznesin idarə edilməsi üzrə təhsil alıb. Müxtəlif illərdə BMT təşkilatlarında, SOCAR-da və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də çalışıb. 2022-ci ildən sonuncu qurumun İdarə Heyəti sədrinin müavini olub.





