4,5 milyon bareldən çox neft daşıyan iki tanker sıradan çıxdı

21

Hörmüz boğazının cənub hissəsindən icazəsiz keçməyə çalışan iki supertanker dəniz minalarına düşərək sıradan çıxıb.

Bu barədə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Bəyanatda bildirilir ki, boğazın icazə verilməyən cənub marşrutu ilə hərəkət etməyə cəhd göstərən gəmilər dəniz minalarına toxunub. Baş verən güclü partlayışlar və yanğın nəticəsində tankerlərin mühərrik bölmələri sıradan çıxıb və onlar hərəkətsiz qalıblar.

Məlumata görə, sözügedən tankerlər ümumilikdə 4,5 milyon bareldən çox xam neft daşıyırmış. İnsident nəticəsində gəmilərin heyəti təxliyə olunub, tankerlər isə Hörmüz boğazının cənub sahillərində tərk edilib.