Süveyş kanalında köhnə gəmilər üçün qaydalar sərtləşdirilib

21

2026-cı ilin oktyabr ayından etibarən Süveyş kanalında yaşı 25 il və daha çox olan gəmilərlə bağlı yeni qaydalar qüvvəyə minib.

Denizxeber.az bildirir ki, yeni tələblərə əsasən, həmin gəmilər kanaldan keçməzdən əvvəl texniki yoxlamadan və dəniz sınaqlarından keçməlidirlər. Bu prosedurlar yerinə yetirilmədiyi təqdirdə gəmilərə kanaldan keçmək üçün icazə verilməyəcək.

Yoxlamadan keçmiş gəmi altı ay ərzində yenidən kanala daxil olarsa və bu müddətdə heç bir texniki nasazlıq qeydə alınmazsa, təkrar yoxlamaya ehtiyac olmayacaq.

Yeni tələblər tankerlərə, balkerlərə, konteynerdaşıyan gəmilərə və digər gəmi növlərinə şamil edilir.

Qaydaların sərtləşdirilməsi texniki baxışlarla bağlı əlavə xərclərə və reyslərdə gecikmələrə səbəb ola bilər.