İran limanlara tətbiq olunan blokadanın ləğvi müqabilində Hörmüz boğazını açmağı təklif edib

13

İran ABŞ-nin İslam Respublikasının limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırması müqabilində Hörmüz boğazında gəmiçiliyi bərpa etməyi təklif edib.

Denizxeber.az bildirir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinin bildirdiyinə görə, Tehran bu təklifi Pakistan vasitəçiləri ilə artıq Vaşinqtona çatdırıb. İran həmçinin Pakistana ABŞ ilə danışıqları bərpa etməyə hazır olduğunu bildirib.

İran tərəfi hələlik yayılan məlumatı şərh etməyib.