Yaponiyanın Oqasavara adalarında 7 bal gücündə zəlzələ baş verib

15

Yaponiyanın Oqasavara adaları yaxınlığında 7,0 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanlar Tokiodan təxminən 1000 kilometr aralıda baş verib.

Agentliyin açıqlamasına görə, güclü zəlzələyə baxmayaraq, sunami təhlükəsi elan olunmayıb. Tokiodan təxminən 1200 kilometr cənubda yerləşən və ümumi əhalisi təqribən 2500 nəfər olan Oqasavara adalarındakı yeraltı təkanlardan sonra hələ ki hər hansı bir dağıntı və ya insan tələfatı barədə məlumat daxil olmayıb.