“İslahat Könüllüləri” Bakı Gəmiqayırma Zavodunda tanışlıq səfərində olublar – FOTO

16

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən “İslahat Könüllüləri” Bakı Gəmiqayırma Zavoduna tanışlıq səfəri ediblər.

Denizxeber.az BakıGəmiqayırmaZavodu-na istinadən xəbər verir ki, səfər zamanı gənclər zavodun istehsalat imkanları, gəmi inşasının əsas mərhələləri və tətbiq olunan müasir texnologiyalarla yaxından tanış olublar. İştirakçılara müəssisənin fəaliyyəti, həyata keçirilən layihələr və ölkəmizin gəmiqayırma sənayesinin inkişafındakı rolu barədə məlumat verilib.

Gənclərin real istehsalat mühiti ilə tanışlığı onların sənaye sahəsinə marağının artırılması, praktiki biliklərinin genişləndirilməsi və gələcək peşə seçimlərinə dəstək baxımından əhəmiyyətlidir.

#BakıGəmiqayırmaZavodu #İslahatKönüllüləri