Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən əmək yarmarkasında ADY-nin tərkibində fəaliyyət göstərən Bakı Limanı da iştirak edib.
Denizxeber.az bildirir ki, iştirakçılara vakant ştat üzrə məlumat verilib, potensial namizədlərlə ilkin görüşlər keçirilib.
Peşəkar kadrların inkişafına və istedadların işlə təmin olunmasına dəstək Bakı Limanının əsas hədəflərindəndir. Vakansiyalar üzrə müraciətlərin qəbulu limanın rəsmi saytında davam edir.
Karyera imkanları ilə tanış olun və müraciət edin:
https://portofbaku.com/az/page/insan-kapitali/karyera
#BakıLimanı#ADY#AzərbaycanDəmirYolları





