ADDA əməkdaşları VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda – FOTO

98

27–28 oktyabr 2026-cı il tarixlərində Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) əməkdaşları da iştirak ediblər.

Denizxeber.az bildirir ki, “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq” mövzusuna həsr olunan Forum müxtəlif ölkələrin nümayəndələrini, beynəlxalq təşkilatların təmsilçilərini, alimləri və mütəxəssisləri bir araya gətirərək mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı, qarşılıqlı anlaşmanın gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Forum çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında və ADA Universitetində təşkil olunan sessiyalara ADDA əməkdaşları Gülçöhrə Alıyeva, Nəsir Hüseynov, Bəbir Quliyev, İlqar Abdullayev, Natalya Fatyanova, Zaur Əziz, Samirə Gözəlova və Əlihüseyn Həziyev  də qoşulublar.

Forumda iştirak ADDA əməkdaşlarının beynəlxalq elmi və ictimai platformalarda təmsil olunması, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq prinsiplərinin təşviqi baxımından əhəmiyyət daşıyır. Belə tədbirlər ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə, qlobal məsələlərə dair fikir mübadiləsinin aparılmasına və akademik mühitdə dialoq mədəniyyətinin təşviqinə töhfə verir.