8 Noyabr – Zəfər Günü ərəfəsində Bakı Gəmiqayırma Zavodunda İdarə Heyətinin sədri və rəhbərliyin nümayəndələri ilə zavodda çalışan Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarının görüşü keçirilib.
Denizxeber.az bildirir ki, görüş zamanı Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İdarə Heyətinin sədri müharibə iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək, onların göstərdiyi şücaət və fədakarlığın daim yüksək qiymətləndirildiyini vurğulayıb.
Tədbir çərçivəsində müharibə iştirakçıları arasından 8 əməkdaş vəzifə öhdəliklərinə məsuliyyətli yanaşmalarına, işlərinə sadiqliklərinə və yüksək peşəkar fəaliyyətlərinə görə təşəkkürnamələrlə təltif olunub.
Səmimi şəraitdə keçən görüş birgə nahar süfrəsi ətrafında davam edib.










