Denizxeber.az bildirir ki, bu gün dünyada açıq dənizdə sənaye üsulu ilə ilk neftin hasil edildiyi “Neft Daşları” yatağının istismara verilməsinin 77-ci ildönümüdür.
“Neft Daşları” – dənizdə salınan ilk neft şəhəri və açıq dənizdə sənaye üsulu ilə neftçıxarmanın başlandığı məkandır.
7 noyabr 1949-cu ildə burada hasil olunan ilk neft Azərbaycan və dünya enerji tarixində yeni bir mərhələnin əsasını qoydu. Həmin gündən etibarən “Neft Daşları” ölkəmizin neft-qaz sənayesinin inkişafında mühüm rol oynayır.
“Neft Daşları”nın 77 illik fəaliyyətini və bu dövrdə əldə olunan əsas göstəriciləri əks etdirən infoqrafikanı təqdim edirik.
#Azərbaycan #Azerbaijan #SOCAR #NeftDaşları #EnergyHeritage #Innovation #OilRocks #neft #oil #77il





