Hörmüz boğazının şərq hissəsində minaya düşən tanker yanmağa başlayıb.
İranın Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumata görə, gəmi boğazın qadağan olunmuş hissəsi ilə hərəkət edib. İran tərəfinin iddiasına əsasən, gəminin naviqasiya sistemləri söndürülüb və heyət üzvləri dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayıblar.
Hadisə nəticəsində xəsarət alanların olması barədə hələlik heç bir rəsmi məlumat daxil olmayıb.





