İİKK Hörmüz boğazında iki tankerin mina üzərində partlaması barədə məlumat yayıb

8

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazında iki tankerin mina üzərində partlaması barədə məlumat yayıb.

Denizxeber.az bildirir ki, İİKK-nın mətbuat xidmətinin bildirdiyinə görə, gəmilər boğazdan İran tərəfindən icazə verilməyən, qadağan olunmuş marşrutla keçməyə çalışıblar. Bu zaman gəmi heyəti naviqasiya və identifikasiya sistemlərini də söndürüb.

“Bir neçə dəqiqə əvvəl iki gəmi mina ilə toqquşaraq yanıb. Gəmilərdən biri Hörmüz boğazının şərqində, digəri isə boğazın içərisində hərəkət edərkən qaydaları pozub”, — deyə açıqlamada qeyd olunur.