Qərbi Azəri platformasında Bright Water polimer texnologiyası uğurla tətbiq edilib – VİDEO

18

Denizxeber.az bildirir ki, nəhəng Azəri-Çıraq-Günəşli (#AÇG) yatağından maksimum neftverməyə dəstək məqsədilə innovativ həllər və qabaqcıl texnologiyalar tətbiq etməkdə davam edirik.

Bu yaxınlarda komandalarımız Qərbi Azəri platformasında iki suvurma quyusunda Bright Water polimer texnologiyasını uğurla tətbiq ediblər.

Bright Water layın dərinliyində yüksək temperaturun təsiri nəticəsində genişlənən hissəciklərdən istifadə edir. Bu hissəciklər vurulan suyun əvvəllər əhatədən kənar qalan lay sahələrinə yönəlməsinə kömək edir.

Sınaq Bright Water texnologiyasının quyuların suvurma qabiliyyətinə təsir etmədən laya uğurla vurulmasının mümkün olduğunu təsdiqləyib. Nəticələr bu texnologiyanın AÇG-də geniş miqyasda tətbiqi potensialını qiymətləndirməyə kömək edəcək.

#bpAzərbaycan #İnnovasiya