AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Denizxeber.az bildirir ki, iclas zamanı metropolitenin fəaliyyət nəticələri, davam edən layihələrin icra dinamikası və yeni təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə edilib. Stansiya və tunel infrastrukturunun inkişafı, qatarların hərəkətinin təşkili, texniki-istismar imkanlarının genişləndirilməsi, sərnişinlərə göstərilən xidmətlərin müasir tələblərə uyğunlaşdırılması və təhlükəsizliyin təmin edilməsi ilə bağlı görülən işlər diqqətə çatdırılıb.
Müzakirələr əsasında qarşıya qoyulan hədəflərin icrası ilə bağlı Müşahidə Şurası tərəfindən müvafiq qərarlar qəbul olunub.






