Ötən həftə ABŞ qüvvələrinin nəzarəti altında Hörmüz boğazından 108 milyon barel neft nəql edilib

11

Ötən həftə ABŞ qüvvələrinin nəzarəti altında Hörmüz boğazından 108 milyon barel neft nəql edilib. Bu, ABŞ-İran münaqişəsinin başlanmasından bəri qeydə alınan ən yüksək həftəlik göstəricidir.

Denizxeber.az bildirir ki, bu barədə “Əl-Hadath” telekanalı ABŞ administrasiyasının rəsmisinə istinadla məlumat yayıb.

ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton İranın qabaqcıl texnoloji komponentlər əldə etməsinin qarşısını almağa və ölkənin hərbi imkanlarını bərpa etməsinə mane olmağa çalışır.