Dövlət Dəniz və Liman Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətinin məlumatı.

20

Dövlət #Dəniz və #Liman Agentliyinin (DDLA) #Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan küləkli hava şəraiti noyabrın 25-nə kimi davam edəcək.

Noyabrın 25-də gün ərzində şimal-qərb və şimal küləyi müşahidə olunacaq.

Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq küləyin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü: 2.5-3.5 m, sonrakı inkişafda 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.

#DDLA
#Dəniz
#Liman
#hava
#külək