“Türk Loydu Vakfı” şirkətinin nümayəndələri ölkəmizə səfər edib – YENİLƏNƏCƏK

26

“Türk Loydu Vakfı” şirkətinin nümayəndələri Azərbaycanda dənizçilərin sertifikatlaşdırılması sisteminin beynəlxalq tələblərə uyğunluğunu qiymətləndirmək məqsədilə ölkəmizə səfər edib/

Dövlət Dəniz və Liman Agentliyində “Türk Loydu Vakfı” şirkətinin nümayəndələri ilə görüş olub.

Görüş Beynəlxalq Dəniz Təşkilatının (BDT) “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli, əlavələr edilmiş Beynəlxalq Konvensiyasının (DHDNÇ Konvensiyası) tələblərinə uyğun olaraq, Azərbaycanda müstəqil qiymətləndirmə prosesini həyata keçirmək məqsədi daşıyıb.

Qiymətləndirmə çərçivəsində nümayəndə heyəti Azərbaycan Dövlət Dəniz Akademiyasında, eləcə də Akademiyanın Təlim-Tədris Mərkəzində təşkil olunan görüşlərdə iştirak edib və müvafiq sahələr üzrə mövcud fəaliyyət istiqamətlərini nəzərdən keçiriblər.

Ətraflı: https://bit.ly/4tgYxrn
#DDLA