“Rüşvətxor məmurlar bilməlidirlər ki…” – Mənsimov şəhidlərdən yazdı

857

“Adaşım, bu gün Sənin Şəhidlik zirvəsinə yüksəlməyindən düz 9 il ötür. Bu gün Mübariz olduğun Gündür”.

Bunu Palmali Holdinqin rəhbəri, iş adamı Mübariz Mənsimov sosial şəbəkədə yazıb. Milli Qəhrəman Mübariz İbrahimovu yad edən iş adamı qeyd edib ki, o 9 il əvvəl yenidən düşmənlərə sübut edib ki, Azərbaycan əsgəri onları əzib keçər və heç kim, heç bir qüvvə bizim qəhrəman əsgərlərin qarşısını ala bilməz.

“Bu Xalq öz vətənini göz bəbəyi kimi qoruyan və canını fəda edən on minlərlə gənç yetişdirib. Tariximiz boyu igid qəhrəmanlarımızla fəxr etmişik. Bu gün o fəxri Sən bizə Şəhid olaraq yaşatdın.

Biz də Sənin simanda bütün Şəhidlərin ailələrini göz bəbəyimiz kimi qoruyub yaşatmalıyıq. Bəzi rüşvətxor məmurlar da bilməlidir ki, yaşadıqlarına görə Şəhidlərimizə can borçları var və bu borcu ödəməlidirlər. Canla, başla! Adaşım, bu gün hamı Səndən danışır. Və bu gün Səndən düşmən də çox danışacaq. Çünki onlara çəkdiyin o dağı onlar əsirlər keçsə də, unutmayacaqlar. Biz də Şəhidlərimizi heç vaxt unutmayır və unutdurmayacayıq! Ruhun şad olsun Mübariz!”.