- Akademiya Respublikamızda yeganə ali təhsil müəssisəsidir ki, diplomu yüz əlli altı (156) dövlət tərəfindən tanınır. Akademiyamız ən qabaqcıl avropa ali dənizçilik məktəbləri ilə sıx əməkdaşlıq edir.
- Akademiya bütün tələbələrini ödənişsiz əsaslarla ildə 2 dəfə (yay və qış geyimləri) forma ilə təmin edir.
- Tələbələr Akademiya nəzdində ödənişsiz əsaslarla dil kurslarından (ingilis və rus dillərində) yararlana bilərlər.
- Tələbələr yeni təmirdən çıxmış və yüksək standartlara cavab verən Akademiyanın yataqxanasından ödənişsiz istifadə etmək iqtidarındadırlar.
- Həftənin 5 tədris günü (Bazar ertəsi – Cümə) tələbələr gündə 2 dəfə ödənişsiz yeməklə (səhər yeməyi və naharla) təmin olunurlar.
- Akademiyanın zəngin elektron kitabxanası tələbələrin istifadəsinə verilmişdir. Eyni zamanda akademiyanın tələbələri Makarov Adına Sankt-Peterburq Dövlət Dəniz və Çay Donanması Universitenin elektron kitabxanasından istifadə hüququna malikdirlər.
- Tələbələrin dünyagörüşünün artırılması üçün dərsdənkənar tədbirlərə cəlb olunmalarını təmin edən ödənişsiz muzey və teatr proqramlarının və turların təşkili.
- Tələbələrin elmi-praktiki biliklərinin və müvafiq sahəni sərbəst tədqiq etmə bacarıqlarının inkişafına yönəldilmiş elmi konfransların, tədbirlərin və praktikaların təşkili.
Təhsil alan xarici tələbələr
Xarici tələbələrin dinamikası
28 tələbədən:
23 nəfər – Qazaxıstan Respublikasının vətəndaşı;
2 nəfər – Gürcüstan Respublikasının vətəndaşı
1 nəfər – Rusiya Federasiyasının vətəndaşı;
1 nəfər – Türkmənistan Respublikasının vətəndaşı.
1 nəfər – Türkiyə Cümhuriyyəti vətəndaşı.