4-cü Xəzər beynəlxalq “Kater və Yaxtalar” sərgisi

1334

CIBSRegionda geniş su potensialına malik olan Azərbaycanın coğrafi mövqeyi – Xəzər dənizinin sahilində yerləşməsi, uzun sahil zolağı və 4 ölkə ilə dəniz sərhədi kater-yaxta biznesinin, eləcə də su nəqliyyatı, akva-istirahət və su idman növlərinin inkişafı üçün mükəmməl şərait yaradır. Məhz bu səbəbdən də Xəzər beynəlxalq “Kater və Yaxtalar” sərgisinin məqsədi bu istiqamətin inkişafına kömək etməkdir. Sözügedən sərgi özündə katerlər, yaxtalar, gəmi avadanlığı və ləvazimatları, naviqasiya və rabitə vasitələri, gəmilərCIBS və yanalma körpülərinin layihələndirilməsi və tikintisi, yaxta-klublar və yaxta məktəbləri, eləcə də su idman növləri kimi sektorları, o cümlədən bir sıra digər sahələri ehtiva edir.

CIBS2016-cı ildən etibarən, “Kater və Yaxtalar” sərgisi Xəzər beynəlxalq “Transcaspian- Nəqliyyat, Tranzit və Loqistika” sərgisi ilə paralel keçirilir. Bu sərginin sektorlarından biri “Dəniz sənayesi” adlanır. “TransCaspian” sərgisinin iştirakçıları Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Azərbaycan Respublikası Dəniz Administrasiyası kimi dövlət strukturları, habelə gəmiqayırma və liman infrastrukturu sahəsində fəaliyyət göstərən kommersiya təşkilatları, eləcə də dəniz reyestrləri və yükdaşıma şirkətləridir.

CIBSSƏRGİNİN SEKTORLARI

  • Katerlər
  • Motorlu və yelkənli yaxtalar
  • Hava ilə doldurulan qayıqlar
  • İdman katerləri və hidrotsikllər
  • Sərnişin və gəzinti gəmiləri
  • Yaxta və katerlərin layihələndirilməsi və tikintisi
  • Yanalma körpülərinin layihələndirilməsi və tikintisi
  • Gəmi avadanlığı və aksessuarları
  • Gəmilərə texniki xidmət göstərilməsi
  • Mühərriklər
  • Naviqasiya avadanlığı və rabitə vasitələri
  • Xilasetmə və təhlükəsizlik vasitələri
  • Gəmilərin nəqli üçün treylerlər və ləvazimatlar
  • Dəniz administrasiyaları / təşkilatları / federasiyaları
  • Yaxta-klublar
  • Suyadalma (“dayvinq”)
  • Su idman növləri

CIBSİŞTİRAK İMKANLARI

  •  Stend ilə iştirak
  • Tərəfdaş ölkə
  • Sərgi qeydiyyatinin sponsorluğu
  • Sərgi kataloqunun sponsorluğu
  • Standart və VİP dəvətnamələrinə sponsorluğu
  • Sərginin rəsmi kataloqunda reklamin yerləşdirilməsi
  • Seminarlar/təqdimat mərasimləri/mətbuat konfranslarinin keçirilməsi
  • Sərgidə reklam materiallarının yayılması
  • Qeydiyyat masasinda reklam imkanlari
  • Sərginin internet səhifəsində banerlərin yerləşdirilməsi
  • BTL aksiyalar
  • digər