Alyaskada nəhəng neft yataqları tapıldı

1451

ABŞ-ın “Kaelus Enerji” şirkəti Alyaska ştatında iri neft ehtiyatlarının aşkarlandığını açıqlayıb.

Axar.az xəbər verir ki, yataqlar Şimal Qütb dairəsindən 480 km şimalda aşkar edilib. Məlumata görə, yataqdan 1,8-2,4 milyard barrelədək neft hasil etmək mümkün olacaq.

Şirkət hasil ediləcək neftin daşınması üçün 800 milyon dollar dəyərində 200 km uzunluğunda sualtı neft borusu inşa etməyi planlaşdırır.