Yeni Bakı Limanında jurnalistlər üçün “Açıq qapı günü” keçirib.

1340

Bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) ilk dəfə olaraq Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında jurnalistlər üçün “Açıq qapı günü” keçirib. Tədbiri Bakı Limanın Baş direktoru Taleh Ziyadov açaraq bildirdi ki, görüşdə əsas məqsəd ictimaiyyəti, eləcə də media nümayəndələrini limanın fəaliyyəti, baş verən yeniliklərlə bağlı məlumatlandırmaq, liman xidmətləri ilə yaxından tanış etməkdir. 
Tədbir çərçivəsində media nümayəndələri Azad Ticarət Zonası da daxil olmaqla müasir liman kompleksinin inşa prosesi ilə yaxından tanış olub. Baş direktor bildirib ki, yaradılan Ələt Azad Ticarət Zonasının Azərbaycanın qeyri-neft sektorunun inkişafına və regional əməkdaşlığa ciddi töhfə verəcək.
Daha sonra media nümayəndləri liman ərazisini gəzərək yeni Bakı Limanında tətbiq olunan beynəlxalq standartlara uyğun proseduralar və liman əməliyyatları ilə tanış olublar. Eyni zamanda qonaqlara liman ərzisində əcnəbi sürücülərin dincəlməsi üçün yaradılmış şərait, fəaliyyət göstərən bank, poçt, sığorta və digər xidmətlər haqqında onlara ətraflı məlumat verilib. Tədbirin sonunda Baş direktor Taleh Ziyadov media nümayəndələrinin suallarını cavablandırıb.