Transxəzər üçün konteyner qatarların sayı 1000-ə çatacaq

776

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə konteyner qatarlarının sayı 2020-ci ilə kimi 1000-ə çatacaq.

Trend-in məlumatına görə, bu barədə “Qazaxıstan Dəmir Yolları” şirkətinin saytında deyilir.

Məlumatda qeyd olunur ki, bu barədə razılaşma Bakıda Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu qurumlarının rəhbərləri arasında keçirilən görüş zamanı əldə olunub.