İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

930

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ziyarətdə dövlət xadimləri və ölkə ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.