SOCAR yeni şirkət yaradıb

886

“SOCAR Capital” MMC dövlət qeydiyyatından keçib.

Trend-in “Vergilər” qəzetinə istinadən verdiyi məlumata görə, şirkət 29 avqust 2016-cı ildə Vergilər Nazirliyinin “bir pəncərə” sistemi üzrə qeydiyyatdan keçib. MMC-nin nizamnamə kapitalı 3 milyon manat təşkil edir.

Şirkətin rəsmi nümayəndəsi Samir Kərimovdur. “SOCAR Capital”ın Müşahidə Şurasına Rövnəq Abdullayev, Süleyman Qasımov, Vaqif Əliyev və Eldar Orucov daxildir.