Rusiya İmperiyası ordusunun əslən azərbaycanlı ilk vitse-admiralı

1210
İbrahim bəy Aslanbəyov Rusiya İmperiyası ordusunun əslən azərbaycanlı ilk vitse-admiralı olub. 1822-ci ildə Bakıda Mərdəkan qəsəbəsində anadan olmuşdur. Üç il Peterburqdakı dənizçilik məktəbində tərbiyə alan İbrahimbəy 1837-ci ildə oranı adı Qırmızı lövhəyə yazılmaqla bitirmişdir. Baltik dənizində “Aleksandr Nevski” və “Prozerqin” hərbi freqatlarında üzən miçman Aslanbəyov iki il “İmperator I Pyotr” sürətli hərbi gəmisində Daqerord yaxınlığında keçirilən təlimlərdə iştirak etmişdir.
Aslanbəyov 1869-1872-ci illərdə dəfələrlə müxtəlif ümumdövlət əhəmiyyətli məsələləri araşdırmaq üçün yaradılmış komitələrə sədrlik etmişdir. Estoniyaya ezam olunan İbrahim bəy gəmiçilik məktəblərinin yaradılması və ticarət gəmilərinin düzəldilməsi üçün yaranan komitənin də üzvü olmuşdur.
1879-1882-ci illərdə Sakit Okean eskadriliyasının komandiri olub.
Ömrünün əlli ildən çoxunu hərbi dəniz donanmasında nümunəvi xidmətdə keçirən admiral İbrahim bəy Aslanbəyov Rusiyanın və xarici ölkələrin yüksək ordenləri ilə təltif olunmuşdur.İbrahim bəy Aslanbəyovun xidmətləri Serbiyanın “Takova” (1879), Rusiyanın Müqəddəs Vladimir (1854), birinci dərəcəli Müqəddəs Stanislav (1881), birinci dərəcəli Müqəddəs Anna (1883) , Ağ qartal (1888) Yaponiyanın Günəşin doğması (1882), Havay dövlətinin ikinci dərəcəli Kalakua (1882), ordenlərinə layiq görülmüşdür. 1854-cü ildə kontr-admiral İbrahim bəy Aslanbəyov Baltik Donanmasının kiçik flaqmanı təyin olunur.
1887-ci ilin sentyabrın 22-də hərbi-dəniz Donanmasındakı misilsiz xidmətlərinə görə ona vitse-admiral rütbəsi verilir. Bu ali rütbədən sonra Baltik Donanması üzrə flaqman vəzifəsinə təyin olunan Aslanbəyov 1900-cü ilin dekabrın 7-də Peterburq şəhərində vəfat etmişdir.
 iştirak etmişdir.