“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC uşaqlar üçün Yeni il şənliyi keçirib

926

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC uşaqlar üçün Yeni il şənliyi keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən bildirilib.

Bakı Limanı 8 saylı internat, 1 nömrəli Malıbəyli kənd, 4 nömrəli Xankəndi rayon məktəbinin şagirdləri və Limanın əməkdaşlarının övladları üçün Yeni il şənliyi təşkil edib. Şənlik uşaqlar üçün əyləncəli proqramlarla, sürprizlərlə zəngin olub. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin aparat rəhbəri Aynur Arazova tədbirdə iştirak edərək uşaqları bayram münasibətilə təbrik edib.