“Həvəskar dənizçi” kursları təşkil edilir

1282

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

 Azərbaycan Dövlət Dəniz Akademiyası

Kiçik həcmli gəmilərin (qayıqların) idarə edilməsi üçün fiziki şəxslərin sertifikatlandırılmasına olan tələbatı nəzərə alaraq, Azərbaycan Dövlət Dəniz Akademiyası “Həvəskar dənizçi” kursları təşkil edir. 18 yaşına çatmış şəxslər üçün nəzərdə tutulmuş 4 həftəlik kurslar ödənişlidir. Bir dinləyici üçün kursun qiyməti 2.015 (iki min on beş) AZN dir (ƏDV daxil). Qruplar təşkilatların, şirkətlərin sifarişi ilə və fərdi qaydada vətəndaşların ərizələri əsasında formalaşdırılır. Kurs sona çatdıqdan sonra dinləyicilərin bilik və bacarıqları ixtisas komissiyası tərəfindən qiymətləndirilir, onlara müvafiq sertifikat verilir.

Tel.: (012) 493-36-44, (012) 493-63-07

Rəhbərlik