Azərbaycanın 2017-ci il üçün yanacaq-enerji balansının proqnoz göstəricləri müzakirə edilib

739

Energetika Nazirliyində “Azərbaycan Respublikasının 2017-ci il üçün Yanacaq-Enerji balansı”nın proqnoz göstəricilərinə dair müzakirələr aparılıb.

Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, “Azərenerji” ASC və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələrinin iştirakı ilə ölkədə neft-qaz hasilatı, elektrik enerjisinin istehsalı, ixrac-idxal imkanları təhlil edilib və gələn il üçün yanacaq-enerji balansının proqnoz göstəriciləri müəyyənləşdirilib.

Qeyd olunub ki, yanacaq-enerji balansının proqnoz göstəriciləri tərtib olunarkən ölkəmizin enerji resurslarına olan tələbatının tam ödənilməsi, idxaldan asılılığa son qoyulması, enerji təhlükəsizliyinin, yanacaq-enerji kompleksinin etibarlı və fasiləsiz işinin təmin edilməsi kimi daxili enerji siyasətinin mühüm istiqamətləri əsas götürülüb. Sənədin təsdiq üçün Nazirlər Kabinetinə göndərilməsi qərara alınıb.