“Neft Daşları” yatağındakı 1637A nömrəli meydançadan 2647 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Azərbaycan Dövlət Neft Şirkətinə xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Girməkialtı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 310 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.