Millimiz Türkiyədə təlim keçib

822

Azərbaycan Yelkənli İdman Federasiyasının (SFA) yığma komandası bu ilin 1 — 8 yanvar tarixlərində Türkiyənin Bodrum şəhərində təlim-məşq düşərgəsində olub. Federasiyanın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, düşərgədə yelkənin Optimist və Lazer sinifləri üzrə 9 oğlan və 3 qızdan ibarət, ümumilikdə 12 idmançımız iştirak edib.

“Bodrum 2017” düşərgəsi SFA-nın idman üzrə rəhbəri Burcu Algon Giorgianni, baş məşqçiləri isə Seyhun Yıldız və Tuğçe Subaşı olub. Düşərgədə, həmçinin yerli məşqçilər də iştirak ediblər.