25 Fevral tarixində Ireli Ictimai Birliyi-nin bir qrup fəal gənci Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanına səfər ediblər.

885

Limanın ərazisi ilə əyani olaraq tanış olan gənclərə Bakı Limanının ölkəmizin nəqliyyat-tranzit potensialı və logistika imkanlarına verəcəyi töhfə barədə ətraflı məlumat verilib. Eyni zamanda Liman əməkdaşı qonaqlara yaradılacaq ATZ-nin ölkəmiz üçün yaradacağı əlverişli biznes və investisiya mühiti barədə məlumat verib.
Daha sonra isə  Liman nümayəndəsi qonaqların suallarını cavablandırıb.
Qeyd etmək istərdik ki, “İrəli” İctimai Birliyi dövlət gənclər siyasətinin inkişafına dəstək ola biləcək hər bir gəncin bütün sahələrdə təşəbbüslərini stimullaşdırmaq, ölkə maraqlarını qoruyan və gənclər siyasətinin inkişafında yaxından iştirak edən vətəndaş cəmiyyətinin formalaşmasında iştirak etdirən qeyri-hökumət təşkilatıdır.