Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəhbər şəxslərinin Bakı Limanına səfəri

390

Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəhbər şəxsləri və “46-cı Qərargah kursu”nun dinləyicilərindən ibarət nümayəndə heyəti 13 mart 2017-ci il tarixində Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər ediblər.
Limanla əyani olaraq tanış olan qonaqlara Ələtdə yeni Bakı Limanı və onun ətrafında qurulan Azad Ticarət Zonasının “Made in Azerbaijan” brendi altında yaradılacaq çeşidli istehsalın ölkəmizə verəcəyi imkanlar və Azərbaycanın qovşaq siyasətinə verə biləcəyi töhfə barədə geniş məlumat verilib. Eyni zamanda, qonaqlara Limanın yükaşırma qabiliyəti və yan alacaq gəmilərin sayının artacağı barədə də məlumat verildi.