Taleh Ziyadov “Caspian Energy Forum 2017” nin qonağı olub

612

“Caspian European Club”un təşkilatçığı ilə keçirilmiş və Ələt qəsəbəsində Azad Ticarət Zonasının (ATZ) yaradılması və fəaliyyətinə həsr olunmuş “Caspian Energy Forum 2017” nin qonağı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov olub.
Təşkil olunmuş biznes forumunda Azərbaycan, Qazaxıstan, Rusiya və Türkiyədən olan 100-dən çox iş adamı, eləcə də beynəlxalq təşkilatların və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edib.
“Əsas məqsəd xarici investorlar üçün anlaşılan şəraitin yaradılmasıdır. Yalnız bu halda biz Azad Ticarət Zonasına birbaşa yatırılan investisiyalara, orada “Made in Azerbaijan” brendi ilə tanınan malların istehsalına, istehsal gücünün ümumi inkişafına, minlərlə insanın yüksək əmək haqqı ilə təmin olunmasına nail ola bilərik.
Hesab edirəm ki, bizim layihəmiz, Prezident İlham Əliyevin islahatların tərkib hissəsidir, onun brendi kimi tanınacaq, vaxtilə neft sektorunun Ümummilli Lider Heydər Əliyevin brendi olduğu kimi” – “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov qeyd edib.
Həmçinin biznes forumun nəticəsi olaraq Caspian European Clubın (Caspian Business Club) Məşvərət Məclisi və Bakı Limanı AZT layihəsinin ictimaiyyət və peşəkar mühitdə tanınması məqsədi ilə birgə işlər aparacaqlar.