SOCAR-ın TTSİ-nin DİHMÜTM-də İMO konvensiyalarının və OPITO standartlarının tələblərinə uyğun təlimlərin təşkili davam etdirilir.

1293

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinin “Yanğın Təlim Poliqonu”nda SOCAR əməkdaşlarına “YANĞIN TƏHLÜKƏSİZLİYİ” üzrə praktiki təlimlərin təşkili davam etdirilir.

Dinləyicilər tozlu, sulu və köpüklü odsöndürən vasitələrindən istifadə etməklə şərti yanğının söndürülməsində iştirak etmişdilər. Dinləyicilər bu təlimlərdə iştirak etməklə Beynəlxalq Dəniz Təşkilatının (İMO) konvensiyalarının və Dəniz Neft-Qaz Sənayesi üzrə Təlim Təşkilatının (OPITO) standartlarının tələblərini dərindən mənimsəyərək və biliklərini təkmilləşdirərək daha da peşəkarlaşırlar.