“CIBS 2017” sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi

760

 

26-28 aprel 2017-ci il tarixində Bakı Ekspo Mərkəzində 4-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2017” sərgisi keçiriləcək. Sərgiyə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) rəsmi dəstək göstərirlər. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun böyük britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. “CIBS 2017” sərgisi 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica” və 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgiləri ilə birgə bir meydançada keçirilir.

İxtisaslaşdırılmış “CIBS 2017” sərgisi katerlər, yaxtalar, müxtəlif növ dəniz avadanlıqları, yaxt-klublar, su idmanı və su nəqliyyatının istehsalçı və distributorlarını birləşdirir. Bu ilin sərgi iştirakçılarının arasında  “Laky Verf” (Rusiya), “Nevskiy Gəmiqayırma Zavodu” (Rusiya), ASC “RİF” (Rusiya), Yachting 2000 (Avstriya) şirkətləri var.

Beləliklə, “CIBS 2017” sərgisi su-motor bazarına çıxış, bazardakı mövqeyin möhkəmləndirilməsi, mövcud işgüzar əlaqələrin daha da yaxşılaşdırılması, yeni əlaqələrin qurulması, distributorlarla əməkdaşlıq və müştəri bazasının genişləndirilməsi üçün perspektivli və səmərəli vasitədir.