Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional təlim mərkəzində yeni fəhlə kadrlarının hazırlığı qruplarında dərslər uğurla davam edir

974

TTSİ-nin Qobustan Regional təlim mərkəzində 2016/2017-cı tədris ilində SOCAR-ın idarə və müəssisələrinin sifarişi əsasında 5 ixtisas üzrə 6 qrupda (Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, Elektrik qaz qaynaqçısı, Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı, Təmirçi çilingər, Avtomobil təmiri çilingəri) və SOCAR Polymer MMC-nin sifarişi ilə “Aparatçı” qrupunda dərslər beynəlxalq standartların tələbləri səviyyəsində aparılır.

15 sentyabr 2016-cı ildə SOCAR sifarışı üzrə tədrisə başlamış qruplarda 28 aprel 2017-ci il tarixində nəzəri və istehsalat təlimi üzrə dərs saatları yekunlaşacaq və 01 may 2017-ci il tarixindən etibarən 87 nəfər şagird əsas tədris müddətində öyrəndikləri bilikləri təkmilləşdirmək və real iş mühitində tətbiq etmək məqsədilə SOCAR-ın müxtəlif istehsalat sahələrində istehsalat təcrübəsində olaclar.

Tədris ili ərzində imtahanlardan müvəffəqiyyət qazanan şagirdlər istehsalat təcrübəsi müddətindən sonra yekun praktiki imtahanları verməklə müvafiq sertifikatlara layiq görüləcəklər.