Rusiya Qara Dəniz Donanmasının “Liman” adlı gəmisi Bosfor boğazında batıb

915

Rusiya Qara Dəniz Donanmasının “Liman” adlı gəmisi Bosfor boğazında batıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

İnformasiyaya əsasən, gəminin göyərtəsində 78 heyət üzvü olub. Onları xilas etmək üçün qəza bölgəsinə Türkiyənin hərbi gəmisi gedib. Heyət üzvləri xilas olunub.

Qeyd edək ki, bir müddət əvvəl “Liman”ın Toqo bayrağı altında üzən “Youzarsif” yük gəmisi ilə toqquşduğu barədə xəbər yayılıb. Qəzanın baş verməsinə səbəb olaraq, hava şəraiti göstərilib.