Hərbi Dəniz Qüvvələrində “Əsgərə məktub” layihəsi keçirilib

412

“ASAN xidmət” nəzdində fəaliyyət göstərən “ASAN Könüllüləri” Hərbi Dəniz Qüvvələrində “Əsgərə məktub” layihəsini keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Layihənin mahiyyəti barədə məlumat verildikdən sonra vətəndaşlarımız tərəfindən matroslara ünvanlanan məktublar hərbi qulluqçulara təqdim olunub və oxunub.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır