Qazaxıstan Xəzərin dibinin bölüşdürülməsinə dair protokolu təsdiqləyib

628

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Rusiya Federasiyası ilə “Yerin təkinin istifadəsinə dair suveren hüquqlarını həyata keçirmək məqsədilə Xəzər dənizinin şimal hissəsinin dibinin bölüşdürülməsi haqqında” 1998-ci il iyulun 6-da imzalanmış sazişə protokolun əlavə protokolun ratifikasiyası ilə bağlı qanunu imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Protokolun təsdiq olunması nəticəsində tərəflərin müvafiq qurumları Xəzərin Qazaxıstan şelfindəki Kurmanğazı yatağının müqavilə hissəsində bundan sonra da kəşfiyyat işləri yerinə yetirə biləcək.

Əlavə protokolla iki ölkə arasında yaradılacaq birgə müəssisə bütün müqavilə ərazisində kəşfiyyat aparmaq üçün sonradan dörd il uzada bilmək şərtilə altı illik əlavə müddət əldə edir. Bununla yanaşı, məhsulların bölüşdürülməsi haqqında 6 iyul 2005-ci il tarixli sazişdə nəzərdə tutulan müqavilə ərazisi genişləndirilir, adıçəkilən sazişə əlavə sazişin imzalama tarixi də əlavə kəşfiyyat müddətinin başlanğıcı təyin edilir.