Honkonq sahillərində neft tankeri yanıb, ölən var

1013

Honkonq sahillərində neft tankeri yanıb.

Bu barədə “Report” “South China Morning Post”a istinadən xəbər verir.

Hadisə yerinə fövqəladə xidmət işçiləri gəliblər. Yanğın nəticəsində 1nəfər ölüb, 21 nəfər sudan xilas edilib.

“İlkin yoxlama partlayış baş verdiyini və bəzi insanların gəmidən suya düşdüyünü göstərib”, – polis nümayəndəsi bildirib.