İki gündür Türkiyədə dəniz reysləri durub

652

Artıq ikinci gündür ki, İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınır. Trend-in məlumatına görə, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.

Reyslərin təxirə salınmasına səbəb ötən gündən başlayaraq İstanbul akvatoriyasında güclü qar və küləyin müşahidə olunmasıdır.

Eyni səbəbdən Bursada da iki gündür dəniz reyslərinin dayandırıldığı bildirilir.

Qeyd edək ki, ötən gün Türkiyə aeroportlarında aviareyslər də əxirə salınıb.

Meteoroloqlar belə qarlı və küləkli hava şəraitinin hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırıblar.